Menu

ABŞ nüvə silahlarını modernləşdirir - Bayden 20 milyard dollar istəyib

12.03.2024, 08:09
ABŞ nüvə silahlarını modernləşdirir - Bayden 20 milyard dollar istəyib

ABŞ arsenalındakı nüvə silahlarının modernləşdirilməsi üçün Amerika Prezidenti Cozef Bayden Konqresdən təxminən 20 milyard dollar istəyib.

“Report” xəbər verir ki, bu, konqresmenlərə baxılması üçün təqdim olunan ölkənin büdcə layihəsindən irəli gəlir.

Hazırkı varianta əsasən, Vaşinqton az zənginləşdirilmiş uranın Rusiyadan idxalından asılılığı aradan qaldırmaq üçün bu məhsulun alınmasına da 2,2 milyard dollar xərcləməyi planlaşdırır.

Sənəddə deyilib ki, “Milli Müdafiə Strategiyasını həyata keçirmək, nüvə hücumunun qabaqlanması qüvvələrinin modernləşdirmək və Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün” 19,8 milyard dollar tələb olunacaq.

Bu məbləğ 2021-ci il maliyyə səviyyələri ilə müqayisədə 4,5 milyard dollar artım deməkdir.

Vəsait nüvə triadasının (dəniz, quru və hava silahları) modernləşdirilməsinə, komandanlığın, eləcə də idarəetmə və rabitə vasitələrinin təkmilləşdirilməsinə sərf olunacaq.

Şərhlər

Eli 2024-03-12 11:07:21

O böyüklükde SSRİ- ni söküb dağıdan Reyqan ve Tetçer qan tökülmeden bu prosesi Qorbaçov ve alkaş Yeltsinin eli ile çıx ustalıqla heyata keçirdiker.Bu qoca Bayden ve Avropa liderleri şse hem ukrayna xalqını bedbext güne qoydu dövletin varlığı şübhe altındadır,hem de Zelenskinin taleyini Saakaşvili kimi qeyri mğeyyen bir güne çatdırdılar.Ağılsız qoca Sükh evezine mğharibeni seçdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol