“Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfərindən iki gün öncə Bakıya "KazMunayQaz" şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər edib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Onun sözlərinə görə, "KazMunayQaz" rəhbəri əvvəlcə SOCAR prezidenti ilə görüşərək cari və perspektiv əməkdaşlıq məsələlərini müzakirə edib. Ekspert xatırladır ki, bu haqda SOCAR elə həmin gün diplomatik formada, əməkdaşlığın dərinliklərinə baş vurmadan məlumat paylaşmışdı. Maqzum Mirzəqaliyev bunu təfsilatı ilə elə Azərbaycan agentliyinə müsahibəsində açıqlayıb.
İ.Şaban onun əsas fikirlərinə diqqət ayırıb:
“- SOCAR ilə Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınmasına dair yeni saziş imzalanacaq, daşıma həcmləri 50% artırılacaq;
- SOCAR bir ay müddətində Qazaxıstan tərəfinə Bakı-Supsa kəməri ilə daşımalara dair öz təkliflərini təqdim edəcək;
- "KazMunayQaz" SOCAR-a təklif edib ki, əməkdaşlıq ancaq nəqletmə ilə məhdudlsşdırılmasın və Qazaxıstanda geoloji-kəşfiyat, həmçinin hasilat layihələrində də iştirakı nəzərdən keçirsin.
Bundan əlavə "KazMunayQaz" rəhbəri BP-nin Səngəçal terminalının fəaliyyəti ilə tanış olub, daha sonra "Tengiz" neftinin bir partiyasını Bakı-Tiflis-Ceyhan neft kəmərinə çatdırmaq üçün Bakıya çatdıran “Kazmortransflot” MMC-yə məxsus “Astana” tankerinin "Azərtrans" şirkətinə məxsus terminalında qəbulu prosesində iştirak edib”.
Mütəxəssisin sözlərinə görə, necə ki, Azərbaycan-Türkiyə strateji münasibətləri, tarixinin ən qızıl dövrünü yaşayır, eləcə də Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında əlaqələr tarixinin çiçəklənmə dövrünü yaşayır.
Rasim
“AzPolitika.info”


Şərhlər
Bəs bundan alınan tranzit pulu hara gedir? Bunu niyə aydınlaşdırmırsınız?