Menu

“Hər iki tərəfi nəzərdə tutmuşam...” - Roma Papası “ağ bayraq” barədə dediklərini “malalayır”

12.03.2024, 12:48
“Hər iki tərəfi nəzərdə tutmuşam...” - Roma Papası “ağ bayraq” barədə dediklərini “malalayır”

Roma Papasının Ukraynanı “ağ bayraq cəsarəti göstərməyə” çağırdığı müsahibəsi böyük səs-küy və etiraz doğurduğundan Vatikan rəhbəri səsləndirdiyi bu biabırçı fikirləri “malalamağa” başlayıb.

“AzPolitika” xəbər verir ki, “Corriere della Sera” nəşrinə açıqlama verən Vatikanın dövlət katibi (hökumət başçısı, Vatikanda ikinci şəxs) kardinal Pietro Parolin iddia edib ki, Papa Fransisk Ukrayna üzrə danışıqlara başlamaq zərurətindən danışarkən münaqişənin hər iki tərəfini nəzərdə tutub: “Aydındır ki, diplomatik həll üçün şəraitin yaradılması bir tərəfdən deyil, münaqişənin hər iki tərəfindən asılıdır. Birinci şərt isə işğala son qoyulmasıdır... Müqəddəs taxt-tac bu xətti izləyir, atəşkəsə çağırmaqda davam edir və bu, ilk növbədə hücum edənlərə aiddir. Papa danışıqların zəiflik deyil, əksinə, güc demək olduğunu izah edir və həmçinin deyir ki, Avropanın mərkəzində bu müharibədə qurban verilən insan həyatları haqqında daha çox düşünməliyik”. 

O, həmçinin qeyd edib ki, bu sözlər təkcə Ukraynaya deyil, istənilən digər münaqişələrə də aiddir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol