Menu

"İrəvan Ermənistan və Türkiyə arasında dialoqu alqışlayır" - Nikol Paşinyan

12.03.2024, 15:29
"İrəvan Ermənistan və Türkiyə arasında dialoqu alqışlayır" - Nikol Paşinyan

İrəvan Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında dialoqu, iki ölkənin xüsusi nümayəndələrinin təmasda olmasını alqışlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Həmsərhəd olan iki ölkənin bir-biri ilə əlaqə saxlamaması qəribədir. Şadam ki, bu gün Ermənistan və Türkiyənin xüsusi nümayəndələri təmasdadırlar. Üstəlik, iki ölkənin xarici işlər nazirləri arasında dialoq var”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol