Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin rəisi Hafiz Əliyev dələduzluq ittihamı ilə həbs edilib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, Hafiz Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90 min manat pulunu ələ keçirib.
Bir müddət sonra zərərçəkmiş İlqar Qurbanov vəfat edib. Onun hüquqi varisi kimi tanınan həyat yoldaşı Hafiz Əliyevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Təqsirləndirilən ədliyyə əməkdaşı haqda istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Hafiz Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Hafiz Əliyev 2019-2023-cü illərdə sözügedən vəzifəni icra edib.


Şərhlər
Hakimlərin Seçki Komitəsinin fəaliyyətini araşdırıb, hüquqi qiymət verilməlidir ? Hakimlərin Test imtahanından yüksək bal toplayan namizədin Hakim olmasına imkan verilməmişdir 60 bal toplayan Hakimliyə namizədin isə Hakim olmasına qərar verilmişdir. Xalqımızın savadlı övladlarına imkan verilmir ki, Hakim olsun, dövlətinə və xalqına sədaqətlə xidmət etsin