Menu

Yekun müsahibədən keçən hakimliyə namizədlərin adları açıqlanıb

12.03.2024, 20:10
Yekun müsahibədən keçən hakimliyə namizədlərin adları açıqlanıb

Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilib.

APA xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsi məlumat yayıb.

Məlumata görə, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərini tətbiqi etmək bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilmiş, 27 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanmış, onların qiymətləndirilməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq 29.03.2024-cü il tarixdə Şura tərəfindən namizədlərlə söhbət və ixtisaslaşma aparılacaq.

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı:

1Abbasova Ellara Həsən qızı
2Abdullayev Coşqun Şamil oğlu
3Abdullayev Fərman Firidun oğlu
4Abdullayev Ziya Yaşar oğlu
5Axundova Aynur Oqtay qızı
6Cabbarlı Xatın Mahir qızı
7Xəlil Ülkər Abdurahman qızı
8İsmayılov Roman İsmayıl oğlu
9Kərimov Arzuyar Sadıq oğlu
10Kərimov Taleh Etibar oğlu
11Kərimova Firuzə Şahin qızı
12Qasımov Vüqar İnqilab oğlu
13Quliyeva Rəşidə Paşa qızı
14Mahmud Orxan Əlövsət oğlu
15Mansırov Elçin Fəxrəddin oğlu
16Mehdiyev Rahid Baxşəli oğlu
17Məmmədli Samirə Məhəmməd qızı
18Məmmədli Səkinəxanım Naib qızı
19Miriyeva Həbibə Novruz qızı
20Oruclu Aydan Adəm qızı
21Rəsulova Mədinə Camal qızı
22Seyidov Mirsadiq Mirsəttar oğlu
23Tağıyeva Ruhiyə Nadim qızı
24Vəliyev Osman Akif oğlu
25Vəliyeva Ayşən Umud qızı
26Vəliyeva Elnarə Fəxrəddin qızı
27Zeynalov Yusif Səmədağa oğlu

Şərhlər

Dövlətini sevən 2024-03-12 22:18:35

Hakimliyin Test imtahanından Yüksək Bal toplayan namizədin Hakim olmasına imkan verilməmiş, az bal toplayanlar isə Hakim olmasına imkan verilmişdir. Belə neqatif hallar vətəndaşın dövlətə olan inamına xələl gətirir, sosial narazılıqlar yaranır, Xalqın ləyaqətli oğlunu isə Hakim olmasına imkan verilmir ? Xahiş edirəm Hakimliyin Seçki Komitəsainin işi araşdırılmalı və iş fəaliyyətlərinə hüquqi qiymət verilməlidir ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol