Menu

“Türkiyə Pakistanın yanında olmağa davam edəcək” - Ərdoğan

12.03.2024, 20:46
“Türkiyə Pakistanın yanında olmağa davam edəcək” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı aparıb.

Söhbət zamanı Ərdoğan Zərdarini prezident seçilməsi münasibətilə təbrik edib.

İki ölkə arasında əlaqələrin hər sahədə inkişafını gözlədiyini deyən Ərdoğan yeni dövrün Pakistan üçün faydalı olacağına ümid etdiyini bildirib.

Bu ölkədə törədilən terror aktlarını pisləyən Ərdoğan Türkiyənin terrorla mübarizədə Pakistanın yanında olmağa davam edəcəyini vurğulayıb.(Mənbə: TRT)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol