“Ukrayna bir il ərzində Rusiyanın şərtləri ilə danışıqlara gedəcək”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyib.

O, əlavə edib ki, Vladimir Putin şərtləri diktə edə biləcəyi danışıqlarda maraqlıdır.

“Düşünürəm ki, əlavə yardım olmasa Ukraynanı bir ildən sonra gözləyən gələcək budur. Yeni hərbi yardımın olmaması Ukrayna Silahlı Qüvvələrinin daha  geri çəkilməsinə və hazırda Ukrayna qoşunlarının nəzarətində olan yaşayış məntəqələrinin bu il ərzində itirilməsinə səbəb olacaq”, - deyə o qeyd edib.

“AzPolitika.info”