Menu

“Rusiya Ukraynada qalib gəlsə, Putin başqa ölkələrə hücum edəcək” - Duda

13.03.2024, 11:47
“Rusiya Ukraynada qalib gəlsə, Putin başqa ölkələrə hücum edəcək” - Duda

Rusiya Ukraynaya qarşı müharibədə qalib gələrsə, Vladimir Putin digər dövlətlərə hücum edəcək.

“AzPolitika” xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.

“Bu gün Ukrayna əmin olmalıdır ki, Putin müharibədə qalib gəlməyəcək. Biz bir neçə dəfə Rusiyanın əsarətinə düşmüş xalqıq. Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, yenidən hücuma keçəcək. O, (Putin –red.) başqalarına da hücum edəcək. Buna görə də onların (rusların – red.) fəaliyyəti dayandırılmalıdır”,- deyə Polşa lideri qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Tahir 2024-03-13 12:28:58

Boş sözlərdir. Putinin Ukraynada gözü qırıldı və rus ordusunun döyüş qabiliyyətinin necə zəif olduğunu gördü və dərk etdi. Həm də bu müharibədə rus ordusu böyük canlı qüvvə, texnika, özünə inamı itirdi. Onu bərpa eləməyə isə Putinin ömrü çatmaz. Putin adəti üzrə blef tapacaq, amma hücum etməyəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol