Menu

“Heç kimə inanmıram...” - Putin Qərbdən “zəmanət” tələb edir

13.03.2024, 12:20
“Heç kimə inanmıram...” - Putin Qərbdən “zəmanət” tələb edir

“Bunu demək istəmirəm, amma heç kimə inanmıram. Bizə zəmanət lazımdır və zəmanətlər açıqlanmalıdır, onlar bizə uyğun olan, inanacağımız zəmanətlər olmalıdır”.

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin “Rossiya-1” telekanalına son müsahibəsində deyib.

Qərb dövlətlərinə inanmadığını deyən Putin faktlara əsaslanmağa üstünlük verdiyini bildirib və əlavə edib ki, "bəzi boş vədlərə" aldanmayacaq: “Başa düşürsən ki, bu səviyyədə qərar qəbul edəndə, qəbul edilən qərarın nəticələrinə görə məsuliyyət dərəcəsi çox yüksəkdir. Ona görə də biz ölkəmizin maraqlarına uyğun olmayan heç bir iş görməyəcəyik”.

“AzPolitika.info”

Şərhlər

Türk 2024-03-13 12:36:02

Bu bicbala özü çox inamlı adamdır ona görə də heç kimə inanmır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol