Menu

"Vergidən yayınmanın ağır cəzası olmalıdır" - DVX-nin rəis müavini

13.03.2024, 12:21
"Vergidən yayınmanın ağır cəzası olmalıdır" - DVX-nin rəis müavini

Vergi ödəyicilərinin könüllü vergi ödəməsi elektronlaşma hesabınadır.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, könüllülük bu gün var, vergi orqanı çəkişmə prosesinə getmir: “Hədəf könüllü əməletmənin təmin edilməsidir. Amma vergidən yayınmanın ağır cəzası mövcud olmalıdır. Bu, bütün dünyada belədir. Şəffaflaşmanın müxtəlif göstəriciləri var. Vergi yoxlamalarının sayının azalması fonunda vergi əməkdaşlarının sayı azalmır. Çünki vergi orqanlarına bir çox başqa sahələr də verilib. Əmək bazarında şəffaflaşmanın təmin edilməsi də vergi orqanlarının səlahiyyətinə verilib. Son 5 ildə vergi yoxlamaları azalıb, aktiv vergi ödəyicilərinin sayında 1,7 % artım olub”.

Şərhlər

Vətəndaş 2024-03-13 12:33:20

Bəs o millətə milyardlar,trilyonlar bizdən olmayan bizə atanlar niyə cinayətə cəlb olunmurlar? Məsələn o deputat Feyziyəv və yüzlərlə minlərlə. Deməli kim çox atırsa bu millətə çox sağ ol deyilir. 1-2 yetim yesir hansı ki onlardan deyil 5 manat qazanan kimi başına min oyun açırlar. Belə olmaz bunun bir sonu olacaq inşallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol