Menu

“ABŞ Netanyahu hökumətini devirməyə çalışır” – İsrail rəsmisi

13.03.2024, 13:49
“ABŞ Netanyahu hökumətini devirməyə çalışır” – İsrail rəsmisi

ABŞ Prezidenti Co Baydenin administrasiyası Benyamin Netanyahu hökumətini devirməyə çalışır.

“AzPolitika” xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” nəşri adı açıqlanmayan İsrail rəsmisinə istinadla məlumat yayıb.

“Biz dostlarımızın İsraildə seçilmiş hökuməti deyil, HƏMAS rejimini devirmək üçün hərəkətə keçməsini gözləyirik. Netanyahunu İsrail vətəndaşları seçib. İsrail ABŞ-nin himayəsində olan bir dövlət deyil, hökuməti vətəndaşlar tərəfindən seçilən müstəqil və demokratik bir ölkədir”,-deyə İsrail rəsmisi nəşrə bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol