ABŞ Prezidenti Co Baydenin administrasiyası çərşənbə axşamı bildirib ki, Ukraynaya 300 milyon dollarlıq hərbi yardım göndərəcək.
Bu, son bir neçə ayda ilk belə paketdir, Ukraynaya 60 milyard dollardan çox vəsait ayıran qanun layihəsi isə hələ də Konqresdən dəstək ala bilmir.
Dekabrın sonunda qanunvericilər tərəfindən təsdiqlənmiş əvvəlki maliyyələşdirmə müddəti başa çatdıqdan sonra Ağ Ev Ukraynaya daha çox hərbi yardım göndərmək yollarını tapmağa çalışır.
Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan martın 12-də bildirib ki, 300 milyon dollar maliyyə müqavilələrə qənaət edən Müdafiə Departamentindən gələcək. Sallivan qeyd edib ki, vəsait HIMARS raket sistemləri üçün artilleriya mərmiləri və sursatların göndərilməsinə sərf olunacaq. “Lakin yardım yalnız bir neçə həftə davam edəcək”, - Baydenin müşaviri əlavə edib.
Xatırladaq ki, Ukrayna ordusunun sursat və raket çatışmazlığı fonunda Rusiya bu il cəbhədə hücumlarını gücləndirib.
ABŞ kəşfiyyat rəsmiləri martın 11-də Konqresə bildiriblər ki, Birləşmiş Ştatlar Ukraynaya tezliklə yardım göndərməsə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəliləyişini dayandıra bilməyəcək.
CNN-in son məlumatlarına görə, Rusiya hazırda ABŞ və Avropanın birgə topladığından üç dəfə çox artilleriya mərmisi istehsal edir.
Rasim
“AzPolitika.info”


Şərhlər