Menu

Gürcüstanla Ukraynanın “Saakaşvili savaşı” – Araxamiyanın tələbinə cavab verildi

13.03.2024, 15:20
Gürcüstanla Ukraynanın “Saakaşvili savaşı” – Araxamiyanın tələbinə cavab verildi

Məlum olduğu kimi, bir müddət əvvəl Ukrayna parlamentinin “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirmişdi ki, Ukrayna ilə münasibətləri normallaşdırmaq üçün Gürcüstan Mixeil Saakaşvilini azad etməli, Rusiya ilə hava nəqliyyatını və Moskvaya Qərbin sanksiyalarından yayınmağa kömək etməyi dayandırmalıdır.

“AzPolitika” xəbər verir ki, Gürcüstan parlamentində Ukrayna tərəfinin tələblərinə sərt reksiya verilib. Gürcüstan parlamentinin vitse-spikeri Georgi Volski deyib ki, Gürcüstan keçmiş prezident Mixeil Saakaşvilini Ukraynaya təhvil verə bilməz, çünki o, cinayət törədib və Ukraynada cəzalandırılmaq əvəzinə qəhrəmana çevriləcək: “Bir insanın sizin ərazinizdə cinayət törətmiş şəxsi Ukraynaya təhvil vermək istəyi necə ola bilər? Mən dəqiq bilirəm ki, o, Ukraynadakı partiyasının sıralarına qoşulacaq və heç kim ondan cavab istəməyəcək, əksinə, Ukrayna sərhədini qanunsuz pozduğuna görə ona orden verəcəklər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol