Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna hərbçiləri yaxın gələcəkdə Çexiya təşəbbüsü çərçivəsində sursat ehtiyatlarının artırılmasını hiss edəcəklər.
“AzPolitika” xəbər verir ki, Kuleba bu barədə Kiyevdə moldovalı həmkarı Mixay Popsoi ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu həftə çexiyalı rəsmilərlə görüşdə döyüş sursatının tədarükü planını ətraflı şəkildə təqdim edəcəklər: "Aldığımız ilkin siqnallara görə, cəbhədəki döyüşçülərimiz yaxın gələcəkdə mərmi tədarükündə artım hiss edəcəklər. Yəni, bu, çox vaxt çəkməyəcək. İlk mərmilər yaxın müddətdə gəlməyə başlayacaq. Sonra isə yeni partiyalar il boyu gəlməkdə davam edəcək".
Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında Çexiya Prezidenti Petr Pavel ölkəsinin bir neçə həftə ərzində üçüncü ölkələrdən Ukraynaya göndərilə biləcək 800 minədək mərmi tapdığını bəyan edib. Lakin bunun üçün maliyyə vəsaiti lazımdır. Ötən həftə isə Çexiyanın Baş naziri bildirib ki, artıq 300 min artilleriya mərmisinin ilk partiyasını almaq üçün kifayət qədər vəsait toplanıb.
“AzPolitika.info”


Şərhlər