Ötən gün Güney Azərbaycanın “Traktor” və Tehranın “Havadar” futbol komandaları arasında baş tutan qarşılaşmadan sonra güneyli fəallar Səməd Heydəri, Əmin və Əmir Təqizadə Təbrizin Səhənd stadionundan çıxarkən İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
“AzPolitika” xəbər verir ki, onların tutulma səbəbi və hara aparıldıqları hələlik bəlli deyil.
Qeyd edək ki, dünən keçirilən futbol yarışında güneyli azarkeşlər hər zaman olduğu kimi, milli şüarlar səsləndiriblər. Qarşılaşma 4:2 hesabı ilə “Traktor”çuların qələbəsi ilə yekunlaşıb.
“AzPolitika.info”


Şərhlər