Menu

“Rusiya ilə müharibəyə hazır olmalıyıq”- Makron

15.03.2024, 11:04
“Rusiya ilə müharibəyə hazır olmalıyıq”- Makron

“Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, Avropanın etibarı sıfıra enəcək. Biz Rusiya ilə müharibəyə hazır olmalıyıq”.

“AzPolitika” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "France-2" telekanalına müsahibəsində deyib.

O, müharibənin hazırda Avropa ərazisində olduğuna diqqət çəkib:“Strasburq ilə Lvov arasında 1500 kilometrdən az məsafə var. Avropa müharibəyə hazır olmalıdır. Bizim tək məqsədimiz odur ki, Rusiya bu müharibəni qazana bilməsin və qazanmamalıdır da”.

Makron Ukraynaya hərbi qüvvələrin göndərilməsi məsləsini isə bu cür şərh edib:“Bütün bu variantlar mümkündür. Buna görə yeganə cavabdeh ölkə Rusiya olacaq. Biz Ukraynanı dəstəkləməklə bağlı heç bir variantı gözardı edə bilmərik”.

Fransanın nüvə silahlarının fransızlara zəmanət verdiyini deyən Makron iddia edib ki, “Rusiyanın bu müharibədə qalib gəlməsi, fransızların həyatının dəyişəcəyi anlamına gəlir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol