Menu

“Türkiyə kimi regional güclər olmadan Qəzza problemini həll etmək çətindir” – Ceff Fleyk

15.03.2024, 11:37
“Türkiyə kimi regional güclər olmadan Qəzza problemini həll etmək çətindir” – Ceff Fleyk

“Türkiyə kimi regional güclər olmadan Qəzza problemini həll etmək çətindir”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk “MSNBC”-yə müsahibəsində deyib.

“Şimalda Ukraynada müharibə var, cənubda isə Qəzzada. Türkiyə də tam ortada yerləşir. Əhalinin 97 faizi müsəlman olduğundan Fələstin ilə bağlılıqları olduğu açıqdır. Bu səbəbdən İsrailin Qəzzadakı əməliyyatlarını çox tənqid edirlər”,-deyə o qeyd edib.

Fleyk Türkiyənin qarant təklifini xatırladaraq, bunları deyib: “Qalıcı sülh üçün qarant rolunu oynamağa və digər regional tərəfdaşlarla işləməyə hazır olduqlarını ifadə etdilər. Onlar da bizim kimi iki dövlətli həll yolunu dəstəkləyirlər. Ona görə də birlikdə işləyəcəyimizi düşünürəm”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol