Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən ayrılması ilə bağlı nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Cavid Hüseynovun öz xahişi əsasında başqa işə keçməsi ilə əlaqədar ədliyyə orqanlarında qulluğuna xitam verilib.
Bundan başqa, nazirliyin Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Təyar oğlu Rəhimova həvalə edilib.
Əldə etdiyimiz digər məlumata görə, C. Hüseynov Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.
***
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifədən azad edilib.
Bu barədə nazirliyin məlumatında deyilir.
Bununla yanaşı nazirliyin Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Rəhimov Sənan Təyar oğluna tapşırılıb.

Şərhlər