“Qarabağ” klubuna “Bayer”lə oyunda edilən hakim haqsızlıqları barədə paylaşım edilib.
“Qafqazinfo” xəbər verir ki, bunu dünyaca məşhur “Troll Football” futbol səhifəsi paylaşıb.
Belə ki, səhifədə, - “Bayer Leverkusen”in köməyə ehtiyacı var və o an hakim", - şərhi ilə aşağıdakı foto paylaşılıb.
Xatırladaq ki, bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulub. Almaniyada Bundesliqanın lideri “Bayer”in qonağı olan “Qarabağ” 3:2 hesabı ilə məğlub olub. Oyunda Ağdam klubunun oyunçusu Elvin Cəfərquliyev qırmızı vərəqə alıb.


Şərhlər
"Qarabağ" möhtəşəm idi.Sükanı belə saxlayın!Onsuz da bir yolunu tapıb uduzduracaqdılar.Tapdılar da,yenə bir oyunçumuzu çıxartdılar oyundan. Sonda da qol olmasaydı mütləq cərimə zərbəsi filan verəcəkdi hakim.Önəmli olan son dərəcə gözəl oyunudu "Qarabağ"ın. Elə bil Braziliya komandasıydı oynayan.Super!Halal olsun hamınıza..Qurban Qurbanova da atəşin salamlar yoldaş dadaşyevdən.