Moskvada prezident seçkilərinin keçirildiyi məntəqələrin birində adı məlum olmayan bir qadın səsvermə qutusuna boya töküb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarında video yayılıb.
Məlumata görə, qadın bülleteni qutuya atarkən Ukraynanı dəstəkləyən şüarlar səsləndirib və əlindəki boyanı qutunun içərisinə boşaldıb.
Polis tərəfindən saxlanılan qadına qarşı seçki prosesini pozduğu üçün cinayət işi açılıb.
"AzPolitika.info"


Şərhlər