Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanın indiyə qədərki bütün hakimiyyətləri hər zaman müəyyən ərazilərin Azərbaycana qaytarılması ilə bağlı danışıqlar aparıblar.
“AzPolitika” xəbər verir ki, Mirzoyan bunu Ermənistan parlamentində söyləyib.
Mirzoyanın sözlərinə görə, Ermənistan “dağlıq Qarabağ”ın erməni əhalisinin azalmasının qarşısını almaq üçün hər cür səy göstərib. Qarabağdakı qondarma rejimin özünü buraxmasının isə Ermənistan hakimiyyətinə heç bir aidiyyatı olmayıb: “Bizim bununla heç bir əlaqəmiz yoxdur. Biz çalışırdıq ki, “dağlıq Qarabağ” erməniləri öz “tarixi vətənlərində” qalsınlar. Buna cavab olaraq “dağlıq Qarabağ”ın siyasi elitası hakimiyyəti dəyişməklə məşğul idi. Onlar danışıqlara cəmi bir neçə günlük səlahiyyəti olan şəxsi göndərdilər və o, “dağlıq Qarabağ”ın ləğvi ilə bağlı fərman imzaladı”. Mirzoyan bunu deyərkən Samvel Şahramanyanı nəzərdə tutub.
“AzPolitika.info”


Şərhlər