Menu

Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı

15.03.2024, 20:10
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı

Baş nazir Əli Əsədov quru sərhədlərlə bağlı qərarın onun səlahiyyətində olduğunu bəyan edib.

"Report" xəbər verir ki, Əli Əsədov bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.

O, sərhədlərin bağlı olmasının ümumi daxili məhsulun (ÜDM) artımına təsiri olmadığını deyib: "2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq Baş nazir kimi mənim səlahiyyətimdir".

Baş nazir bildirib ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb.

Şərhlər

Moshu 2024-03-15 23:29:15

Bakılılar demişkən, əyib olsun. Heç olmasa ay cənab boş nazir, əsaslandırılmış cavab ver. Bu yazını oxuyanlar o qədər də debil deyillər.

Watchman 2024-03-15 18:46:38

Imza atdırıblar daha doğrusu.

Watchman 2024-03-15 17:16:07

Bir deputat buna sual vermir ki, Niyə imza atmısan? Niyə bağlamısan? Böyük qəhrəmanlıq etmisən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol