Menu

"Heç kim Ukraynadakı müharibədən qalib çıxa bilməyəcək" - Türkiyə XİN rəhbəri

15.03.2024, 18:37
"Heç kim Ukraynadakı müharibədən qalib çıxa bilməyəcək" - Türkiyə XİN rəhbəri

Artıq iki ildən çoxdur ki, Ukraynada müharibə alovlanmaqdadır.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən XI Bakı Qlobal Forumunda çıxışı zamanı deyib.

"Bu illər ərzində infrastruktura zərər dəyib, ciddi insan itkisi baş verib. Heç kim müharibədən qalib çıxa bilməyəcək. Mütləq şəkildə bu münaqişə danışıqlar yolu ilə həllini tapmalıdır. Biz XXI əsrə münasib Avropa qitəsində atəşkəsin bərqərar edilməsini vacib bilirik", - nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol