Rusiyanın Samara vilayətində yerləşən iki neft zavoduna hücum olub.

“AzPolitika” xəbər verir ki, Rusiyanın “RİA Novosti” agentliyi şəhər administrasiyasına istinadla belə bir məlumat yayıb. Daha sonra həmin yanğının görüntüləri sosial şəbəkələrdə yayılmağa başlayıb.

“Baza” teleqram kanalının məlumatına görə, yanğın Ukrayna PUA-larının hücumu nəticəsində başlayıb: “PUA Sızrandakı neft emalı zavodunun ərazisinə hücum etdi. Orada yanğın başlayıb. Hazırda yanğın sahəsi 500 kvadratmetrdir”.

Nəşrin məlumatına görə, eyni vaxtda daha bir neçə PUA Novokuybışevsk Neft Emalı Zavoduna hücum edib.

Rusiya Müdafiə Nazirliyi hələ ki, Samara vilayətinə PUA hücumu barədə məlumat verməyib.

Xatırladaq ki, həftənin əvvəlindən bəri Rusiyanın ən azı üç böyük neft emalı zavodu dronların hücumuna məruz qalıb. Çərşənbə günü, martın 13-də səhər saatlarında ildə 17,1 milyon ton neft istehsal edən və Moskva yaxınlığında yerləşən Rusiya regionları üçün əsas yanacaq tədarükçülərindən biri olan Ryazan Neft Emalı Zavoduna hücum edilib.

Üç gün ərzində PUA-lar Rostov vilayətindəki Novoşaxtinski neft məhsulları zavodunu da vurub, nəticədə zavod fəaliyyətini dayandırıb. Çərşənbə axşamı, martın 12-də PUA-lar Nijni Novqorod yaxınlığındakı Kstovo şəhərində “LUKOIL”-ə məxsus neft emalı zavodunu da sıradan çıxarıb. “Bloomberg”-in hesablamalarına görə, bu üç neft emalı zavodu Rusiyanın neft emalı gücünün təxminən 12%-ni təşkil edir.

Rəsmi Kiyev indiyə qədər zavodlara edilən hücumlara görə məsuliyyəti üzərinə götürməyib.

“AzPolitika.info”

{{widget-content-31616}}

Məlumata görə, hücum pilotsuz uçuş aparatları ilə (PUA) edilib.

Belə ki, ilk olaraq Sızrandakı neft emalı zavodu vurulub və ərazidə yanğın başlayıb. Qeyd olunur ki, hazırda yanğının lokallaşdırılması istiqamətində işlər görülür.Daha sonra isə PUA-larla Novokuybışevsk neft emalı zavoduna hücum olub. Orada da yanğın başlayıb. Həmin yanğını artıq söndürmək mümkün olub.

"AzPolitika.info"