Menu

"Azərbaycanın Ukraynaya çox vacib humanitar yardımını alqışlayıram" - Stoltenberq

17.03.2024, 21:03
"Azərbaycanın Ukraynaya çox vacib humanitar yardımını alqışlayıram" - Stoltenberq

"Ukrayna Qara dəniz ölkəsidir. Bu, NATO-nun tərəfdaşı olan ölkədir. Rusiya isə Ukraynaya qarşı müharibəni davam etdirir".

"Report"un məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“NATO müttəfiqləri davam edən müharibənin nəticələrindən son dərəcə narahatdırlar. NATO müttəfiqləri Ukraynaya dəstək verir. Mən çox ehtiyac duyulan humanitar yardıma gəldikdə, Azərbaycanın da Ukraynaya göstərdiyi çox vacib dəstəyi alqışlayıram. Amma daha çox dəstəyə ehtiyac var, çünki Ukraynada vəziyyət son dərəcə ağırdır”, - o deyib.

Şərhlər

B.Qarabağlı 2024-03-18 09:33:52

Cənab Stoltenberq Y. üzr dilərəm! Əgər, NATO formalizmə varmayıb, 30 il öncə BMT TŞ həlli üzrə Azərbaycanı Hərbi-Genosid işğaından xilas etsəydi əski SSRİ, ya yeni MDB ərazisində d/s. Kremlin naməlum məramlı Süni müharibələri davam etməyəcəkdi!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol