Menu

NATO-nun Avropadakı ən böyük hərbi bazası bu ölkədə tikiləcək

18.03.2024, 13:16
NATO-nun Avropadakı ən böyük hərbi bazası bu ölkədə tikiləcək

NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikiləcək.

"AzPolitika" xəbər verir ki, bu barədə Rumıniyanın "tvr info" kanalı məlumat yayıb.

Qeyd olunur ki, Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci Hərbi Hava Bazası olaraq da bilinən “Mihail Kogalniceanu” hərbi bazası genişləndiriləcək və 2040-cı ildən sonra NATO-nun bölgədəki ən böyük hərbi bazası olacaq.

Məlumata görə, artıq mövcud hərbi kompleksi bir neçə min hektar böyütmək üçün işlərə başlanılıb. 2800 hektarlıq hərbi bazada NATO-ya bağlı 10 min əsgər olacaq. ABŞ hərbçilərinin ailələri də buraya yerləşdiriləcəklər.

Rumıniyan bu layihəyə 2,5 milyard dollar sərmayə ayıracaq.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol