Menu

İngiltərə Premyer Liqası klubunun xalları silindi

18.03.2024, 23:18
İngiltərə Premyer Liqası klubunun xalları silindi

“Nottingem Forest” futbol klubu mənfəət və davamlı inkişaf qaydalarını pozduğuna görə dörd xaldan məhrum edilib.

Bu barədə klubun çıxış etdiyi İngiltərə Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.

Bundan sonra “Nottingem Forest” İngiltərə çempionatının turnir cədvəlində 21 xalla 18-ci pillədə qərarlaşıb. Komanda 17-ci yerdə olan “Luton”dan bir xal geri qalır.

Mənbə: TASS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol