Menu

Tramp ABŞ-nin əslində kim tərəfindən idarə olunduğunu açıqlayıb

19.03.2024, 08:33
Tramp ABŞ-nin əslində kim tərəfindən idarə olunduğunu açıqlayıb

ABŞ-ni hazırki Prezident Cozef Bayden deyil, onun ətrafındakı məkrli insanlar idarə edir.

“Report” xəbər verir ki, bunu Ağ Evin keçmiş rəhbəri Donald Tramp deyib.

“Məni hər zaman bir sual narahat edir: ABŞ-ni o (prezident Co Bayden – Qeyd) idarə edir? Əmin deyiləm ki, bu odur. Bilirəm ki, o qəbul olunan qərarları təsdiq etməlidir. Ətrafı nəyin necə olacağını soruşmalıdır, lakin o ətrafındakılara boş baxışlarla nəzər yetirir və təkliflərə razılaşır”, - Tramp iddia edib.

O, həmçinin qeyd edib ki, ABŞ-ni Baydenin ətrafındakı insanlar idarə edir, Prezident isə bacardığı qədər tez uzanıb yatmağı düşünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol