Menu

Prezident tanınmış iş adamını təltif edib – FOTO

20.03.2024, 10:40
Prezident tanınmış iş adamını təltif edib – FOTO

Tanınmış iş adamı, “Xəmsə” holdinqin sahibi, Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənli Prezident sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi” xatirə medalı ilə təltif olunub.

M.Həsənli təltifə görə Prezident İlham Əliyevə təşəkkür edib: “Göstərilən yüksək diqqətə görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımı bildirir, Ulu Öndərin əziz xatirəsini hörmət və ehtiramla yad edirəm”.

M.Həsənli Azərbaycanın tanınmış iş adamı olmaqla yanaşı son illərdə ictimai-siyasi sferada da yüksək fəallıq göstərir. O, Qərbi Azərbaycan İcmasının qurucularından biridir və İcmanın fəaliyyətində aktiv rol oynayır. Prezident tərəfindən təltif olunması M.Həsənlinin bu fəaliyyətinə Dövlətin verdiyi yüksək qiymətdir.

Təbrik edirik.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol