Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü haqda əvvəlki qərarını dəyişib.
Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxılmışdı.
Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv etmiş, Məmmədova 7 il 6 ay həbs cəzası vermişdi.
Həmin qərardan təqsirləndirilən şəxsin vəkilləri kassasiya şikayəti verib. Şikayətdə həbslə bağlı qərarın ləğv edilməsi xahiş edilib.
Ali Məhkəmə cinayət işi materialları ilə tanış olduqdan sonra məhkuma əməlinə görə həddən artıq ağır cəza verildiyi qənaətinə gəlib. Yüksək instansiya məhkəməsi qərarı ləğv edib, işi yeni apellyasiya baxışına qaytarıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında qərar elan edilib. Hakim Elbəy Allahverdiyev həmkarı Qədim Babayevin həbslə bağlı qərarını ləğv edib. Yeni qərara əsasən, Cavid Məmmədova şərti cəza verilib. O, 5 ay sonra yenidən məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.

Şərhlər
Aha,,,
Boş-boş danışmayın ,bizdə rüşvətə görə tutmurlar ,yolurlar sonra buraxırlar ,birdə ki 200-400 nə vaxtdan rüşvət olub ? Bunu tutublar ki ,almağı bacarmırsan
A balam,adam görüb ki halal zəhmət üz qaraldır acından,ona görə rüşvət alıb da.Almasın bəs nə yesin?Rüşvətsiz gömrük qanadsız quşdu.Görüb alhaaldı,bu da alıb. Ola bilsin əvvəllər almayıb,görüb ki buna dəliyə baxan kimi baxırlar,belə getsə zəncirin halqasını qırdığı üçün ilişdirib qovacaqlar,məcbur olub alıb.Alan kimi də ilişdiriblər ki,almağa başlamağına baxmayaraq çox xamdı, püxtələşənə qədər illər keçər,bunu ləğv edib cinbalalardan birisini tapaq yerinə. Gömrükdə işləyib rüşvət almamaq Gəncəyə gedib Gəncə çaxırı içməmək kimi,Lənkərana gedib ləvəngi yeməmək kimi,Şəkiyə gedib piti yeməmək kimi bir şeydi.Rüşvət alası deyildisə gömrükdə niyə işə girirdi ki filan qədər verə-verə?Maaşa baxasıydısa gedib küçələri süpürərdi də. Al bala,al.Dədə-babadan belə görmüşük.Bəy-xan havasıdı.Sən almasan,mən almasam,o almasa,bu almasa,necə çıxar qaranlıqlar aydınlığa?
Aha,,,
Ədliyyə nazirimiz dəyişən gündən etibarən bərbad olan məhkəmələrimiz inkişaf edib rəzil günə düşdü.
Hər hakim bir cür düşünür. Belə çıxır ki, cəza kəsilməsində hakimin şəxsi keyfiyyətlərii, hətta əhvali-ruhiyyəsi də pol oynayır. Görəsən, bu təkəbbürlü və ərköyün səlahiyyət sahiblərini nə xaxt dəmir robotlar əvəz edəcək? Görünən odur ki, bizim ölkədə ALLAHın HAKİM adlandırıb ÖZ ismi ilə şərəfləndirdiyi "seçilmişlər" Onun etimadını doğrulda bilmir.
Hansı ehtyacdan araşdırılıb?mənşəinin Naxçvan olduğuna görə?Ona görə də hüquq mühafizə orqanlarına heç kim etibar etmir.Qanun onlara aid deyil.Rüşvətini ver.istədiyini al!Vaq