Macarıstan Baş naziri Viktor Orban hesab edir ki, dünya siyasətində hazırda absurd görünən və ehtimal edilməyən şeylər iki-üç ay ərzində reallığa çevrilə bilir.
“AzPolitika” xəbər verir ki, Orban bunu yerli kanallara müsahibəsində deyib.
Macarıstan Baş naziri Qərbin 2-3 aydan sonra Ukraynaya qoşun yeritməyə qərar verəcəyini də istisna etməyib: “Yadımdadır ki, almanlar Ukraynaya ölümcül silahlar göndərməyə hazır deyildilər. İndi isə deyirlər ki, Almaniya Ukraynaya Moskvanı vurmaq üçün istifadə oluna bilən raket sistemləri verməlidir. Artıq NATO ölkələrinin hərbi müdaxiləsindən danışırıq. Əgər onlar Rusiya ilə silahlı münaqişəyə girsələr, deməli, dünya müharibəsi uzaqda deyil”.
“AzPolitika.info”

Şərhlər