Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.

“Report” xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayı b.

***

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

***

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumatlara görə, ölənlərin sayı 93 nəfərə çatıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər. 

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazasından məlum olub.

Bununla belə, ölənlərin sayı hələlik dəyişməyib – 40 nəfər. 

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr mərkəzi bildirib.

***

Moskvada “Crocus City Hall” ticarət mərkəzində yeni partlayış səsi eşidilib.

Qeyd olunub ki, bina tam mühasirəyə alınıb. Xüsusi Çevik Müdaxilə Dəstəsi binaya basqın etməyə başlayıb. Yanğınsöndürənlər də həmçinin binaya daxil olublar.

Bildirilib ki, terrorçular ticarət mərkəzinin binalarından birində barrikada qurublar. Ticarət mərkəzində ilişib qalanların sayı barədə dəqiq məlumat yoxdur.

Verilən məlumata görə, hücum edənlərdən dördü cinayət yerindən qaça bilib.

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb. Hadisə "Piknik” qrupunun konsertindən əvvəl baş verib.

“Report” xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Baza”“Mash” teleqram kanalları bildirib.

Məlumata görə, silahlı hücum nəticəsində 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

Şahidlərin sözlərinə görə, naməlum şəxslər avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.

Həmçinin, konsert salonunda partlayış baş verib və tavan çöküb. 

Eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntüləri də yayılıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin Rusiyadakı səfirliyi və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Moskvada baş verə biləcək terror aktları barədə xəbərdarlıq etmişdi. Vaşinqton və Londondan gələn siqnallar Rusiyada böyükölçülü terror aktlarının törədiləcəyini göstərirdi. Bu gün baş verənlər əlavə şərhə ehtiyac qoymur...

Onu da qeyd edək ki, atışma baş verən zal Azərbaycan əsilli Rusiya iş adamı Araz Ağalarova məxsusdur. Zal Krasnoqorskdakı "Crocus City" biznes mərkəzinin ərazisində yerləşir. 2009-cu ildə açılıb və müğənni Müslüm Maqomayevin adını daşıyır.

"AzPolitika.info"