Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş vermiş terror aktının ardınca binada güclü yanğın qeydə alınıb.
TASS yanğının hazırda binanın üçdə bir hissəsini əhatə etdiyini yazıb. Bildirilir ki, təxminən 100 nəfər “Crocus City Hall”dan yanğınsöndürənlərin köməkliyi ilə çıxarılıb.
Binanın damından qaldırıcı mexanizmlər vasitəsilə insanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.


Şərhlər