Menu

Ukraynadan Moskvadakı terror aktı ilə bağlı açıqlama

22.03.2024, 23:43
Ukraynadan Moskvadakı terror aktı ilə bağlı açıqlama

Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin “Crocus City Hall”da törədilən terror aktında iştirakını inkar edib.

Bu barədə "strana.ua" məlumat verib.

"Ukraynanın Rusiyanın "Crocus City Hall"-dakı terror aktına heç bir aidiyyəti yoxdur", - Podolyak vurğulayıb.

Bundan əvvəl rusiyalı politoloq Sergey Markov bildirib ki, “Crocus City Hall"-”da baş verən terror aktını böyük ehtimalla Kiyev təşkil edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol