Menu

“ABŞ kəşfiyyatı Moskvanı məlumatlandırmışdı...” – “Vilayət Xorasan” Rusiyaya qarşı yönəlmişdi”

23.03.2024, 11:17
“ABŞ kəşfiyyatı Moskvanı məlumatlandırmışdı...” – “Vilayət Xorasan” Rusiyaya qarşı yönəlmişdi”

"ABŞ kəşfiyyatı İŞİD-in Moskvada “Krokus Still Holl”a hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləyib, qeyd edib ki, bu iddialara şübhə etmək üçün heç bir səbəb yoxdur”.

“AzPolitika” xəbər verir ki, bu məlumatı ABŞ-nin “CBS News” telekanalı yayıb. ABŞ rəsmisi potensial hücum təhlükəsi ilə bağlı Birləşmiş Ştatların “Xəbərdarlıq Vəzifəsi” çərçivəsində Rusiyaya kəşfiyyat məlumatı verdiyini təsdiqləyib. Bu məlumatın ötürülməsi kəşfiyyat orqanları arasında öhdəlik xarakteri daşıyır.

“The New York Times” qəzeti isə yazır ki, ABŞ İŞİD-in Əfqanıstanda yerləşən “Vilayət Xorasan” adlı bir qolunun Moskvaya hücum planlaşdırdığına dair kəşfiyyat məlumatları toplayırdı. Məlumatda qeyd olunur ki, nisbətən sakit bir dövrdən sonra İŞİD xaricdə hücumlarını genişləndirməyə çalışdı. “Avropada bu hücumların əksəriyyətinin qarşısı alındı, Rusiyada isə bu qrupun imkanlarının düzgün qiymətləndirilməməsi baş verən hadisəyə səbəb oldu”, - qəzet yazır.

Terrorla mübarizə üzrə analitiklər qəzetə bildiriblər ki, “Vilayət Xorasan” qruplaşması son iki ildə Rusiyaya yönəlib və tez-tez Vladimir Putini tənqid edib. Qeyd olunur ki, “Vilayət Xorasan” Rusiyanın Əfqanıstan, Çeçenistan və Suriyaya müdaxiləsinə işarə edərək, Kremli müsəlmanların qanını tökməkdə ittiham edirdi.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol