Menu

Polislər bir gündə 28,5 kq-dan artıq narkotik vasitə aşkar ediblər

24.03.2024, 10:18
Polislər bir gündə 28,5 kq-dan artıq narkotik vasitə aşkar ediblər

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan artıq marixuana, 3,8 kiloqrama yaxın tiryək, 700 qrama yaxın heroin və metamfetamin, həmçinin 200 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Şərhlər

Məsud 2024-03-24 17:25:32

Özləri yayır.özləri tapır.Bəs sonra nə olur? Kim açıqlayar?yenidən dövrəyə soxulr?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol