15 YAŞLI AZƏRBAYCANLI TERROR ZAMANI 100-dən ÇOX İNSANI BELƏ XİLAS ETDİ - VİDEO

15 yaşlı azərbaycanlı İslam Xəlilov terror aktı zamanı 100-dən çox insanı “Crocus City Hall”dan çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, məktəbli “Crocus City Hall”un qarderobunda yarımştat işləyib.

Onun sözlərinə görə, işə başlamazdan əvvəl fövqəladə hallar zamanı göstərişlər verilib və hadisə başlayanda göstərişlərə ciddi əməl edib. Atışma və sonrakı yanğın zamanı İslam şoka düşmüş kütləni dar keçiddən “Expo” pavilyonuna, sonra isə xidmət zonasından keçərək küçəyə və təhlükəsiz yerə apara bilib.

Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzinin sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov da sosial şəbəkə hesabında paylaşım edərək İslama etdiyi yardıma görə təşəkkürünü bildirib.

Rusiya müsəlmanlarının ruhani lideri, müfti Şeyx Ravil Qaynutdin isə 15 yaşlı İslam Xəlilova mükafat təqdim edəcək.

Bu haqda Rusiya Müftilər Şurasının bəyanatında bildirilib ki, İslam Xəlilov və onun valideynləri Moskvadakı Katedral məscidində keçirilən mükafatlandırma mərasiminə dəvət olunublar.

O, Rusiya müsəlmanlarının “Xidmətə görə” medalı ilə təltif olunacaq. Mükafat martın 29-da, cümə namazı zamanı təqdim olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar