Menu

İrəvanda polis bölməsinə hücum edilib - Yaralılar var + VİDEO (Yenilənib)

24.03.2024, 19:57
İrəvanda polis bölməsinə hücum edilib - Yaralılar var +  VİDEO (Yenilənib)

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri silahlı hücumun olduğu polis bölməsinə basqın edib.

Bu barədə TASS-ın müxbiri bildirib.

Agentliyə görə, binaya hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Polis rəisi Narek Sarkisyan sosial şəbəkələrdə silahlı hücum edənlərin “Döyüş Qardaşlığı”nın üzvləri olması və komanda yoldaşlarının azadlığa buraxılmasını tələb etməsi ilə bağlı yayılan məlumatı şərh etməyib. Onun sözlərinə görə, hazırda həbs edilən “Döyüş Qardaşlığı”nın bütün üzvləri sərbəst buraxılıb.

Qumbara partlaması nəticəsində yaralanan iki silahlının vəziyyətinin orta ağır olduğu bildirilir.


***

Ermənistanın paytaxtı İrəvanda naməlum silahlı şəxslər polis bölməsinə hücum ediblər.

Hadisə İrəvanın Nor-Nork inzibati rayonunda qeydə alınıb.

Ölkə mediasının ilkin məlumatlarına görə, polis idarəsi yaxınlığında qumbara partlayıb.

Qumbaranın “Döyüş Qardaşlığı”nın üzvləri tərəfindən partladıldığı iddia olunur.

Dəstə üzvləri Qazaxın işğal altındakı kəndlərinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar. Onlardan 49 nəfərinin həbs olunduğu bildirilib.

İlkin məlumata görə, partlayış və atışma səsləri eşidilib, yaralananlar var.

Ermənistanın Daxili İşlər Nazirliyi insidentlə bağlı şərh verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol