Moskvadakı terror aktını törədənlər məhkəmə qarşısına çıxarılıblar - VİDEO

Cümə günü Moskvadakı "Crocus City Hall”-da baş verən terror hadisəsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan Tacikistan vətəndaşları ötən gün məhkəmə qarşısına çıxarılıblar.

“AzPolitika” xəbər verir ki, “terror aktı”nda ittiham olunan - Dalerjon Mirzoyev, Saidakrami Murodali Raxabalizod, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduni 2 ay müddətinə həbs olunublar. Onlar may ayında keçiriləcək məhkəməyə qədər həbsdə qalacaqlar. Məhkəmədə dörd şübhəlinin də cinayətlərini etiraf etdiyi açıqlanıb.

Qeyd edək ki, terakta ittiham olunan şübhəlilərin məhkəmə zalındakı görüntüləri də yayımlanıb. Yayımlanan görüntülərdə hər dörd şübhəlinin bədəninin müxtəlif yerlərində yaralar görünüb. Onların saxlanılan zaman və ya daha sonra işgəncə gördükləri ehtimal olunur.

Xatırladaq ki, martın 22-də adıçəkilən şəxslər “Crocus City Hall" binasına silahlı basqın edib, konsert zalını yandırıblar. Hücumda indiyədək 137 nəfərin öldüyü müəyyən edilib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar