“HAMISINI ÖLDÜRÜN!” – Medvedev Moskvadakı teraktdan yazdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Moskva yaxınlığındakı “Crocus Cityi Holl”da baş verən terror aktının bütün icraçıları və təşkilatçıları ölümə layiqdirlər.

“AzPolitika” xəbər verir ki, bu barədə o, “Telegram” kanalından paylaşım edib.

Medvedev paylaşımında bu ifadələrə yer verib:“Hamı məndən soruşur. Nə edək? Onlar tutuldu. Onları tutan hər kəsə halal olsun. Onlar öldürülməlidirmi? Təbii ki. Və öldürüləcəklər. Ancaq iştirak edən hər kəsi öldürmək daha vacibdir. Hər kəsi. Kim təşkil etdi, kim ödədi, kim kömək etdi. Hamısını öldürün”.

Qeyd edək ki, martın 24-də Medvedyev demişdi ki, “Crocus” terroruna qarışan hər kəs Rusiya hüquq-mühafizə orqanlarının qanuni və əsas hədəfidir. O, həmçinin bildirib ki, Rusiya bu terror aktının hər qurbanının qisasını alacaq.

Son məlumatlara görə, dəhşətli terror aktında 144 nəfər həlak olub.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar