Bu gün səhər Rusiya Kiyevə növbəti raket hücumu həyata keçirib.
“AzPolitika” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri işğal olunmuş Krım ərazisindən atılan və hər ikisi Kiyevin mərkəzini hədəf alan ballistik raketləri vura bilib.
Ukraynanın “Kyiv Post” nəşri Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrinə istinadla yazıb ki, hər iki Rusiya raketi Ukrayna Təhlükəsizlik Xidmətinin(SBU) ofislərinə yönəlib. Mənbə iddia edib ki, raketlər SBU-nun yüksək rütbəli zabitlərinin yerləşdiyi binaları hədəf alıb. O da bildirilir ki, bu gün, martın 25-i Ukraynada Ukrayna Təhlükəsizlik Xidməti Günü kimi qeyd olunur.
“AzPolitika.info”


Şərhlər