Moskvadakı teraktın bəzi iştirakçıları Türkiyəyə niyə gedib? – Təhlükəsizlik rəsmisi açıqladı

“Ötən həftə Moskvada dəhşətli terror aktı törədən şəxslərdən ikisi Rusiyada yaşamaq icazələrini yeniləmək üçün qısa müddətə Türkiyəyə gəliblər. Lakin onlar Türkiyədə radikallaşmayıblar”.

“AzPolitika” xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən bir türk təhlükəsizlik rəsmisi “Reuters” nəşrinə açıqlamasında deyib.

Türkiyəli rəsmi əlavə edib ki, Moskvadakı teraktın iştirakçıları haqqında həbs qətimkan tədbiri olmadığından, onların Türkiyə ilə Rusiya arasında sərbəst gediş-gəlişi mümkün olub. Təhlükəsizlik rəsmisi terrorçularun uzun müddətdir Moskvada yaşadıqlarını bildirib.

Qeyd edək ki, martın 22-də "Crocus City Hall”-da 140-a yaxın adamı qətlə yetirən terrorçulardan birinin İstanbulda fotolarının ortaya çıxmasından sonra müxtəlif iddialar yaranmağa başlayıb. Bəzi dairələr terrorçunun Tükiyə üzərindən Rusiyaya göndərildiyini iddia ediblər.

Ancaq məlum olub ki, onlar Türkiyəyə turist kimi səfər ediblər. Teraktın iştirakçılarından olan Şəmsidin Fərudini fevralın 20-də Rusiyadan Türkiyəyə gəlib, martın 2-də isə İstanbul Hava Limanından Rusiyaya yola düşüb. Digər terrorçu Saidakrami Murodali Raxabalizo isə yanvarın 5-də İstanbula gəlib, bir müddət Fatihdəki oteldə qalıb, daha sonra Şəmsidin Fərudini ilə eyni təyyarədə Moskvaya qayıdıb.

Şəmsidin Fəriduni tutularkən ilkin ifadəsində vizasının müddəti bitdiyi üçün Türkiyəyə gedib-gəldiyini etiraf edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar