Menu

"Ermənistan Rusiya üçün qardaş ölkədən də artıqdır" - Peskov

26.03.2024, 11:33
"Ermənistan Rusiya üçün qardaş ölkədən də artıqdır" - Peskov

Rusiya və Ermənistan münasibətlərdəki mövcud çətinliklərə baxmayaraq, qardaş ölkələr olaraq qalırlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu aif.ru-ya müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiya Federasiyası üçün qardaş ölkədən də artıqdır, baxmayaraq ki, iki ölkə hazırda münasibətlərdə kifayət qədər çətin dövrünü yaşayır: “Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən daha çox erməni yaşayır. Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəaliyyəti hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini- ildə bir neçə milyard dollara qədər təşkil edir. Ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”, - Kremlin sözçüsü qeyd edib.

Şərhlər

Senan 2024-03-26 18:14:30

Ziyankar ziyankarı necə də tərifləyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol