“Təxminən 15 il əvvəl İsrail ən güclü lobbiyə malik idi. Əgər siyasətçi olsaydın, İsrail haqqında pis heç nə deyə bilməzdin. Çünki bu sənin siyasi karyeranın sonu olardı. Bu gün demək olar ki, əksinədir”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin “HaYom” qəzetinə müsahibəsində deyib.
Trampın sözlərinə görə, ABŞ-dəki İsrail lobbisi zəifləyib. Tramp müsahibəsində HƏMAS- İsrail qarşıdurmasını da dəyərləndirib və bunda ABŞ Prezidenti CO Baydeni günahlandırıb.
“Bayden İsrailin dostu deyil. Çünki Bayden İsrailin dostu olsaydı, 7 oktyabr heç vaxt olmazdı”,-deyə o bildirib.
“Müharibə başlayandan sonra ortaya çıxan antisemitizmə münasibətiniz necədir?” sualına isə Tramp bu cür cavab verib:“İsrailin böyük səhv etdiyini düşünürəm. İsrailə zəng edib “Bunu etme” demək istədim. Qəzzada binalara atılan bombaların görüntülərini nəzərdə tuturam. Bu, dəhşətli portretdir. Bu, dünya üçün çox pisdir. Bu, bir şəkildir və bütün dünya bunu görür”.
“AzPolitika.info”


Şərhlər