Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) müqəddəs Ramazan ayı münasibətilə Ukraynanın Kiyev şəhərində iftar süfrəsi təşkil edib.
“AzPolitika” xəbər verir ki, iftar mərasimində Ukraynada yaşayan və fəaliyyət göstərən İslam dini inancına sahib xalqların icma rəhbərləri, diplomatik korpus işçiləri, hərbçilər, diaspor fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
UABD-sədri Hikmət Cavadovun dəvətiylə tədbirə qatılan Kırım Tatar icmasının rəhbəri Mustafa Cəmilyev və Çeçenistan mühacir hökumətinin rəhbəri Əhməd Zakayev öz çıxışlarında ağır müharibə şəraitində bu kimi tədbirlərin keçirilməsini təqdir edərək, Ukraynada yaşayan xalqların rusiya imperializminə qarşı mübarizəsini yüksək qiymətləndiriblər. Həmçinin, M. Cəmilyev Ukraynanın azadlığı və suverenliyi uğrunda mübarizə aparan azərbaycanlıların fəaliyyətini digər xalqlara nümunə hesab edib. O, Ukrayna uğrunda həlak olan azərbaycanlıların sayının 50-ni keçdiyini vurğulayarq, bunun Ukraynada yaşayan soydaşlarımızın Ukrayna xalqı ilə çiyin-çiyinə raşizmə qarşı mübarizə apardığının göstəricisi olduğunu qeyd edib.
“AzPolitika.info”





Şərhlər