Rusiya Moskvadakı məlum terror aktının araşdırılmasına kənardan kimsənin qatılmasını istəmir.
“AzPolitika” xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Crocus Sity Hall”da baş verən terror aktının araşdırılmasında Rusiyanın “İnterpol”un köməyinə ehtiyacının olmadığını deyib: “Birincisi, biz artıq kifayət qədər effektiv və tez bir zamanda öz araşdırmamıza başlamışıq. Bunun öhdəsindən özümüz gələ bilərik. Artıq Qərbin ikili standartlarına öyrəşmişik. Biz yalnız Qərbin nəyə və hansı üsullarla nail olmağa çalışdığını anlayaraq hərəkət edəcəyik”.
Lavrovun sözlərinə görə, terror aktından bir gün sonra Qərbdə Ukraynanın hücumda iştirakının olmadığı barədə bəyanatlar səslənəndə “İnterpol” istintaqa kömək etməyə hazır olduğunu bəyan edib: “Əvvəlki illərdə “İnterpol”un belə bir təşəbbüsü yadımda deyil. Ən bariz nümunə “Şimal axını”dır”.
Qeyd edək ki, bundan öncə “İnterpol”un baş katibi Yurgen Stok Rusiya hüquq-mühafizə orqanlarına lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
“AzPolitika.info”


Şərhlər
Kələntəryan -qorxursuz ki ,zibillərinizin üstü açılar?