“O, Rusiyanın qanuni hədəfidir...” - Bortnikov Budanovun məhv ediləcəyini deyir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya üçün qanuni hədəfdir.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya “FSB”-sinin direktoru Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, “Crocus Sity Hall”da baş verən terror aktı “Rusiyada vəziyyəti sarsıtmaq və çaxnaşma yaratmaq üçün Qərb kəşfiyyat xidmətləri və Ukraynaya lazım idi”. 

"Rusiyaya və Rusiya vətəndaşlarına qarşı cinayət törədənlər qanuni hədəfdir". “FSB” rəhbəri bunu Budanov və Ukrayna xüsusi xidmət orqanlarının digər rəhbərləri ilə bağlı müvafiq suala cavab verərkən deyib. 

Bu “hədəflər”in niyə indiyə qədər vurulmadığına dair suala isə Bortnikov "Hər şey qabaqdadır", - deyə cavab verib.

Onun sözlərinə görə, terror aktının sifarişçiləri hələ müəyyən edilməyib, lakin “FSB”-də bu hücumun arxasında ABŞ, Böyük Britaniya və Ukraynanın dayandığını göstərən əlamətlər var.

“FSB” rəhbəri iddia edib ki, terror aktını radikal "islamçılar" hazırlayıb, lakin hücumda Ukrayna xüsusi xidmət orqanlarının əli olub.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar