Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ictimaiyyəti diqqətli olmağa çağırıb.
“AzPolitika” xəbər verir ki, FSB-nin verdiyi açıqlamada qeyd olunub ki, Moskvadakı terror aktından sonra Ukraynadan gələn saxta nömrələrlə vətəndaşları Rusiya ərazisində terror aktları törətməyə təşviq edən telefon zəngləri və mesajların sayı kəskin artıb.
Açıqlamada, xüsusilə ticarət mərkəzləri, nəqliyyat və sosial infrastruktur obyektlərində terror aktına çağırıldığı, gənclərin pul qarşılığında bu terror aktını törətməyə təşviq edildiyi qeyd olunub.
Bəyanatda bütün bu hallar barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməli olduğu vurğulanıb.
“AzPolitika.info”


Şərhlər