Gədəbəydə güclü qar yollarda çətinlikər yaradıb - FOTOLAR

Gədəbəy rayonuna güclü qar yağıb. APA-nın məlumatına görə, günortadan yağmağa başlayan qar axşama doğru daha da intensivləşib.

Qar örtüyünün qalınlığı rayon mərkəzində 5-10 santimetrə, ucqar kəndlərdə isə 15-20 santimetrə çatır. Qarlı hava şəraiti rayonun mərkəzi, o cümlədən dağ yollarında avtomobillərin hərəkətində çətinlik yaradıb. Bir neçə avtomobil yolda qalıb.

Əraziyə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları cəlb olunub.

Hazırda müvafiq qurumlar tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün tədbirlər görülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar